Goranboyda piyadanı maşın vuraraq öldürüb


Sosial 25 Okt 2017 22:17:10 290 0

Goranboyda piyadanı maşın vuraraq öldürüb

Hadisə rayonun Borsunlu kəndində baş verib

Goranboyda 16 yaşlı piyadanı maşın vuraraq öldürüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Babayev Rəşad Eldəniz oğlu yolu keçmək istəyən zaman "Mercedes-Bens" markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.