Xəzər sahilindən qanunsuz qum daşıyanların cəriməsi 13 min manatı keçdi


Digərləri 25 Okt 2017 21:09:00 319 0

Xəzər sahilindən qanunsuz qum daşıyanların cəriməsi 13 min manatı keçdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Xəzər dənizinin sahil ərazilərindən qanunsuz qum daşınmasının qarşısını almaq üçün mütəmadi reydlər keçirir. Son.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə nazirlikdən bildirilib.

Məlumatda bildirilir ki, monitorinqlər əsasən Quba, Xaçmaz, Giləzi, Şurabad, Lənkəran, Bakı və Abşeron yarımadasında dəniz sahillərində keçirilir:

"Bu ilin 9 ayı ərzində keçirilən monitorinqlər nəticəsində yerin təkindən qanunsuz istifadə edən şəxslərə 35 akt və protokol tərtib edilib. Nəticədə qanun pozan şəxslər 15 min 800 manat cərimələnib. Qanunsuz qumun daşınmasına görə isə, 13 min 633 manat məbləğində iddia qaldırılıb".