Sərxan Sərxandan etiraf: "Birbirimizi çox sevirdik" FOTO


Şou-biznes 25 Okt 2017 21:03:00 358 0

Sərxan Sərxandan etiraf: "Birbirimizi çox sevirdik"  FOTO

Tanınmış aktyor və müğənni, əməkdar artist Sərxan Sərxan həmkarı, "Musiqi müəllimi" filmində tərəf müqabili olan xalq artisti Həmidə Ömərovadan danışıb.

Son.az-a açıqlama verən aktyor bir çox etiraflar edib.

""Musiqi müəllimi" mənim çəkildiyim ən gözəl filmlərdən biridir. Bu filmdə böyük aktyor kollektivi çalışıb. Filmin baxımlı olmasının da əsas səbəbi də budur. Mən filmdə sevimli aktrisa Həmidə Ömərova ilə baş rolu paylaşırdım. Filmdə bir-birimizi çox sevirdik. Sizin vasitənizlə Həmidə xanıma böyük salamlarımı göndərirəm. Çox istərdim ki, Həmidə xanım çəkilən bütün film və seriallarda baş rollarda oynasın. Çünki onun çox böyük istedadı var. Biz hamımız Həmidə xanımı sevirik. Moskvada fəaliyyət göstərməyimə baxmayaraq, Bakı üçün ürəyim döyünür. Ara-sıra gəlib filmlərə çəkilib-gedirəm. İnşallah ki, yeni dəvətlər olsa yenə də çəkilərəm"deyə aktyor bildirib.


Xəbərə aid fotolar