Penitensiar Xidmətin Konvoy taboruna yeni komandir təyin olunub - EKSKLÜZİV


Sosial 25 Okt 2017 20:28:05 367 0

Penitensiar Xidmətin Konvoy taboruna yeni komandir təyin olunub - EKSKLÜZİV

O, vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə gətirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna yeni komandir təyin edilib.

"Report"un əldə etdiyi məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə vəzifəsindən azad edilən ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin yerinə ədliyyə polkovnik-leytenantı Azad Maşanov təyin olunub.

A.Maşanov bu vəzifəyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə alayından gətirilib. O bu gün nazirliyin rəhbər şəxsləri tərəfindən Konvoy taboruna təqim edilib.