İngilis boksçu stadionda təhqirə məruz qalıb


İdman 25 Okt 2017 20:10:00 373 0

İngilis boksçu stadionda təhqirə məruz qalıb

Peşəkar britaniyalı boksçu Entoni Oqoqo İngiltərə Kubokunun 1/8 final mərhələsində azarkeşlik etdiyi "Norwich City"nin "Arsenal"la matçında baş verənlərdən narazılıq edib. Goal.az xəbər verir ki, 2012-ci il London Olimpiadasının bürünc mükafatçısı irqçiliyə məruz qaldığını iddia edir. Oqoqo bu barədə tvitter hesabında yazıb.

"Norwich" azarkeşlərinin ifasında möhtəşəm dəstək vardı. buna baxmayaraq irqçi təhqirlərlə üzləşdim. Pis gün oldu. Ən pisi isə odur ki, sevdiyim klubun azarkeşləri məni "Arsenal" fanatı zənn edərək təhqir etdi. Tamamilə iyrənc davranışdır".

"Arsenal" - "Norwich City" matçının əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatsa da, əlavə vaxtda fərqlənən "Arsenal" Kubokda yoluna davam edib.