Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək


Kriminal 25 Okt 2017 19:48:00 311 0

Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək.

Son.az bildirir ki, tədbir oktyabrın 27-də, saat 15:00-da Mərdəkan Mədəniyyət Sarayında təşkil olunacaq.

Yubiley gecəsində sənətkarla bir səhnəni paylaşmış tərəf müqabilləri, tanınmış mədəniyyət xadimləri, elm və təhsil işçiləri və aktyorun ailə üzvləri iştirak edəcəklər.