Goranboyda pambıq zavodunda yanğın olub


Sosial 25 Okt 2017 19:27:39 311 0

Goranboyda pambıq zavodunda yanğın olub

Hadisənin başvermə səbəbləri araşdırılır

Goranboy rayonunda pambıq zavodunda yanğın baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, pambıq zavodunun ərazisinə yığılmış 250 tonluq pambıq tayasında yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. 

Yanğın nəticəsində 200 kiloqram pambıq yanıb. Tayanın qalan hissəsi yanğından mühafizə olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.