"Nar" şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir


Digərləri 25 Okt 2017 19:14:00 284 0

"Nar" şəbəkənin təkmilləşdirilməsi işlərini davam etdirir

Göstərdiyi rabitə xidmətlərini davamlı olaraq təkmilləşdirməklə öz abunəçilərinə sərfəli qiymətlər təklif edən "Nar" şəbəkənin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində apardığı işləri uğurla davam etdirir. Xüsusilə bölgələrdə 3G şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində ATM (Asynchronous Transfer Mode) texnologiyalı transmissiya xətləri müasir tələblərə cavab verən və daha keyfiyyətli rabitəni təmin edən IP (Internet Protocol) texnologiyasına əsaslanmış xətlərlə əvəz edilmişdir.

Görülən təkmilləşdirmə işlərinin uğurlu nəticəsi kimi, Aran, Lənkəran və Quba-Xaçmaz iqtisadi rayonları üzrə ATM xətlərindən IP texnologiyalı transmissiya xətlərinə keçid baş vermişdir. Baza stansiyalarının IP transmissiya zolağı boyunca "Son məntəqələr arasındakı tutum" (Last Mile Capacity) ötən illə müqayisədə şəbəkə üzrə ümumilikdə 53% artmışdır.

Qeyd edək ki, 3G IP texnologiyası istifadəçilərə daha mükəmməl və sürətli verilənlər bazası resurslarından faydalanmaq və daha keyfiyyətli səs xidmətlərindən istifadə imkanları yaradır. Adı çəkilən texnologiya informasiya ötürmə kanallarında genişlənməni təmin edir, ötürülən və qəbul edilən məlumatın son istifadəçiyə qısa zaman kəsiyində, yüksək keyfiyyətlə çatdırılmasına şərait yaradır. Məhz bu texnologiyanın tətbiqi ilə hər bir istifadəçiyə düşən sürət meyarı daha da yüksəlir, informasiyanın paylanması zamanı ortaya çıxa biləcək maneələr aradan qaldırılır və internet resurslarına çıxış imkanlarının istifadəçilər arasında bərabər şəkildə paylanmasına şərait yaradılır. 3G IP təyin edilmiş məlumat dəstini bəlli bir istiqamət üzrə istifadəçilər arasında paylayır. Bu isə, öz növbəsində, abunəçilərin internet üzərindən məlumat bölüşmələri, fərqli məlumat məhsullarının daşınması, məlumatın yüklənməsi və qəbulunun daha şəffaf surətdə həyata keçirilməsinə şərait yaradır.