1 ay tibb bacısı geyimində xəstəxanada gəzən qızın kimliyi bilindi:


Dünya 25 Okt 2017 19:02:00 317 0

1 ay tibb bacısı geyimində xəstəxanada gəzən qızın kimliyi bilindi:

Türkiyədə Bağcılar Təhsil və Araşdırma Xəstəxanası "saxta tibb bacısı" qalmaqalı ilə qarşı-qarşıya qalıb.

Son.az Milliyet-ə istinadən xəbər verir ki, 1 aydır tibb bacısı geyimi ilə xəstəxanda gəzən 29 yaşlı S.Ç. adlı qadın saxlanılıb.

S.Ç. buradakı personala da özünü tibb bacısı olaraq təqdim edib, dəhlizdə gəzib. S.Ç.-nin yalanı bu gün ortaya çıxıb.

S.Ç. verdiyi ilk ifadəsində: "Bir həvəs idi, ona görə etdim" deyib. Prokurorluğun təlimatıyla "tibb bacısı" sərbəst buraxılıb.