Bakı, Xırdalan, Sumqayıtda evlər silkələnir Zəlzələ deyilsə, bəs nədir? FOTO


Digərləri 25 Okt 2017 18:26:00 323 0

Bakı, Xırdalan, Sumqayıtda evlər silkələnir  Zəlzələ deyilsə, bəs nədir?  FOTO

25 oktyabr yerli saatla 16:30, 17:20 radələrində 2 dəfə uğultu səsi və binalarda titrəmə hiss olunub.

Bu, paytaxtın ayrı-ayrı yerlərində hiss olunub. Hətta Sumqayıt və Xırdalan şəhərlərində də eyni hadisənin yaşandığı sosial şəbəkələrdə paylaşılıb.

Maraqlı məqam ondan ibarətdir ki, titrəmə göy gurultusuna oxşar bir səsdən sonra yaranır.

Son.az xəbər verir kİ, Respublika Seysmoloji Mərkəzi isə metbuat.az-a açıqlamasında zəlzələ ilə bağlı heç bir halın qeydə alınmadığını açıqlayıb.

Bu sualla bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə zəng etsək də, telefonlarımıza cavab verən olmadı. Nazirliyin "112" Qaynar xəttindən isə bu barədə heç bir məlumatlarının olmadığını bildirdilər.


Xəbərə aid foto