Saakaşvili məhkəməyə şikayət edəcək


Dünya 25 Okt 2017 17:31:09 253 0

Saakaşvili məhkəməyə şikayət edəcək

Odessanın keçmiş qubernatoru: “Prezident Adminstrasiyasından Ukrayna vətəndaşlığından məhrum edilməyim haqqında sənədləri aldıq”

“Nəhayət Prezident Adminstrasiyasından Ukrayna vətəndaşlığından məhrum edilməyim haqqında sənədləri aldıq”.

“Report” “İnterfax-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukraynanın Odessa vilayətinin keçmiş qurbenatoru Mixeil Saakaşvili bildirib.

“Ya bu gün, ya da sabah məhkəməyə gedəcəyəm. Vətəndaşlıqdan məhrum edilməyimlə bağlı şikayət edəcəyik”, -deyə o, Kiyevdə Ukrayna Dövlət Miqrasiya Xidmətinin binası qarşısında bildirib.