Azərbaycanlı reperin ailəsində


Şou-biznes 25 Okt 2017 17:28:00 337 0

Azərbaycanlı reperin ailəsində

ProMete ləqəbi ilə tanınan Pərviz Sadıqovun atası vəfat edib.

Son.az publika.az-a istinadən xəbər verir ki, bu barədə reperin özü məlumat verib. Ailəsində baş verən ağır itki ilə barışa bilməyən reper ən yaxın dostunun atası olduğunu deyib:

"O mənim ən yaxın dostum idi. Bəlkə də təkcə atam olsaydı, daha tez barışa bilərdim bu itki ilə. Amma atam mənim bütün dostlarımla dostluq edirdi və yetərincə sevilirdi.

Yaradıcılığımla bağlı onunla danışırdım, özünün bu sahəyə aidiyyəti olmasa da, müdrik məsləhətlərlə məni daim dəstəkləyirdi. Hər zaman deyirdi ki, yaradıcılığına ciddi vaxt ayır. Ölümündən bir neçə saat əvvəl də mənim son klipimi paylaşmışdı..."