"4 il başqasının adı ilə dərsdə oturmuşam" Şəhriyar Əbilov sirləri açdı VİDEO FOTO


Şou-biznes 25 Okt 2017 17:12:00 631 0

"4 il başqasının adı ilə dərsdə oturmuşam"  Şəhriyar Əbilov sirləri açdı  VİDEO  FOTO

ARB TV-nin "Səhər-səhər" verilişinin növbəti qonağı aparıcı, aktyor Şəhriyar Əbilov olub

Son.az bildirir ki, keçmişindən söz açan aktyor maraqlı açıqlamaları ilə diqqət çəkib:

"Hüquq fakültəsində oxuyurdum və aktyor olmaq istəyirdim. "Malakan" bağının yaxınlığında İncəsənət universtitetinin filialı var idi. Bir dostum var idi, dərsə çox gəlmədiyi üçün onun adı ilə otururdum. Ona görə ki, ikinci təhsil almaq üçün pul lazım idi və imkansızlıqdan alınmırdı. 4 il bu cür oxudum. Aktyorluğu istədiyim üçün bu cür əziyyətlərə qatlaşmalı oldum. Həm də ailəni dolandırmaq üçün dənizdə neft çıxarırdım".


Xəbərə aid fotolar