Türkiyə prezidenti: “Xəbərdarlıqlarımıza müsbət cavab verilməyənədək sanksiyaları tətbiq edəcəyik”


Dünya 25 Okt 2017 16:50:37 261 0

Türkiyə prezidenti: “Xəbərdarlıqlarımıza müsbət cavab verilməyənədək sanksiyaları tətbiq edəcəyik”

İraqın baş naziri: “Təəssüf ki bəziləri referendumda torpağımızı parçalamaq istədi”

“Bütün xəbərdarlıqlarımıza müsbət cavab verilməyənədək sanksiyaların tətbiq edilməsi qərarına gəldik”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də Ankarada səfərdə olan İraqın baş naziri Heydər əl-İbadi ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında İraqın şimalındakı kürd muxtariyyətinə qarşı məhdudiyyətlərin tətbiqi ediləcəyini bildirib:

“İraqın şimalında keçirilən “referenduma” münasibət dəyişməyib. Bütün xəbərdarlıqlarımıza müsbət cavab verilməyənədək sanksiyaların tətbiqi edilməsi qərarına gəldik. Biz İraqın ərazi bütövlüyünün tərəfdarıyıq. Türkiyə, İran və İraqla birlikdə faydalı bir mərhələyə yetişirik. Bunun daha yaxşı nöqtələrə daşınmasını niyyətindəyik. Hazırda Türkiyə ilə İraq arasında ticarət dövriyyəsi 9 milyard dollar həcmindədir.

Ölkə demək olar ki, terrorçu İŞİD qruplaşmasından bütövlükdə təmizlənib. Terrorçu PKK-nın bölgədə mövcudluğu da problemdir. Biz ona qarşı ortaq mübarizə aparmağa hazırıq. Arzu edirəm ki, İraqda bütün dağıntıların küllərin altından ayağa qalxsın. Bölgədə sülh və əmin-amanlıq üçün atılması lazım olan addımları atacağıq. Neft boru xəttinin fəaliyyətə başlaması ilə bağlı istənilən dəstəyi verməyə hazırıq”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

İraqın baş naziri ölkədəki terrorçu qruplaşmaları nəzərdə tutaraq, bildirib: “İraqda silah daşımasına icazə verilməyən heç bir qrupa ölkəmizdə fəaliyyət göstərməyə icazə verməyəcəyik. Gənclərimiz arasında Konstitusiyaya əsasən, “Haşdi -Şabi” sıralarında mübarizə aparan övladlarımız var. Bizim vəzifəmiz İraqın ərazi bütövlüyünü qoruyub, saxlamaqdır. Təəssüf ki bəziləri referendumda torpağımızı parçalamaq istədi. Allaha şükürlər olsun ki İraqın təhlükəsizlik qüvvələri torpaqlarımız üzərində qanunlarımızı bərpa etdi. Bölgədə sabitliyin saxlanması üçün bir layihəmizş var. Savaşların yerini iqtisadi inkişafın tutmasını istəyirik. Təbii ki maraqlar baxımından ikitərəfli əlaqələrimizə də çox əhəmiyyət veririk”.