"Uşaqlarım 3 ildir ki, məktəbə getmir" Məhbus musiqiçi VİDEO FOTO


Digərləri 25 Okt 2017 16:51:00 303 0

"Uşaqlarım 3 ildir ki, məktəbə getmir"  Məhbus musiqiçi  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" verilişinin növbəti buraxılışında musiqiçi Ramil Məmmədzadənin həbsxana hekayəsi təqdim olunub.

Ramil Məmmədzadə (cəzası: 12 il 6 ay): "Yaxınlarımın köməyi ilə musiqiyə gəldim. Yerli kanalların birində keçirilən musiqi yarışmasında diplomla təltif olundum. Əli Mirəliyev, Aftandil İsrafilov, Cavanşir Məmmədov və s tanınmışlarımız mənə deyib ki, sənin gözəl səsin var, çalış oxu. Həbsxana həyatı çox çətindir. Evdə tək işləyən mən idim. Uşaq yaşlarından el məclislərində iştirak edirdim. Övladlarım 3-cü ildir ki, imkansızlıq üzündən məktəbə getmir. Yoldaşımı və 2 uşağımı Rusiyanın Surqut vilayətinə göndərdim. Orada mənə 2 otaqlı ev vermişdilər. Yoldaşımgili göndərdim ki, evi satıb gəlin. Elə oldu ki, inflyasiya oldu və gələ bilmədilər. Elə dostlarım var ki, içəri düşəndən yanıma gəlməyiblər. Amma elə insanlar var ki, heç gözləmədiyim anda yanıma gəlib mənimlə maraqlandılar. Anam əziyyətimizi çox çəkir. Elədiyim cinayət haqda danışmaq istəmirəm. Həmin anları xatırlamaq ağırdır".

Son.az 


Xəbərə aid fotolar