Gələn ilin büdcəsində Nazirlər Kabinetinə ayrılacaq vəsait 1,5 milyon manat azaldılacaq


Siyasət 25 Okt 2017 16:45:00 348 0

Gələn ilin büdcəsində Nazirlər Kabinetinə ayrılacaq vəsait 1,5 milyon manat azaldılacaq

Növbəti il Nazirlər Kabinetinə 8 milyon 380 min 601 manat ayrılacaq

Gələn il Azərbaycan Nazirlər Kabinetinə ayrılacaq vəsait azaldılacaq.

“Report”un xəbərinə görə, bu, Azərbaycanın 2018-ci il dövlət büdcəsi layihəsində əksini tapıb.

Belə ki, növbəti il Nazirlər Kabinetinə 8 milyon 380 min 601 manat ayrılacaq. Bu, 2017-ci ildəki vəsaitdən 1 milyon 543 min 51 manat azdır.