3 yaşlı uşağın "ölüm işi": "İstintaqa verdiyimiz ifadə dəyişdirilib"


Digərləri 25 Okt 2017 15:20:00 310 0

3 yaşlı uşağın "ölüm işi": "İstintaqa verdiyimiz ifadə dəyişdirilib"

Bu gün Sumqayıt Şəhər Məhkəməsində 3 yaşlı uşağın ölümündə təqsirləndirilən "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Ruqiyyə Səmədovanın sədrliyi ilə keçirilən prosesdə iş üzrə növbəti şahidlər - "Real" Tibb Mərkəzinin iki həkimi ifadə verib.

Həkimlər ifadələrində bildiriblər ki, azyaşlı əməliyyata hazırlanarkən tam normal vəziyyətdə olub və onun əməliyyat zamanı halı pisləşməyib.

Həkimlər qeyd ediblər ki, uşağın ölümünün əməliyyatla bağlılığı olmayıb.

Prosesdə şahidlər dövlət ittihamçısının suallarını cavablandırıblar. Prokuror bildirib ki, şahidlər ibtidai istintaqa ifadəsində bildiriblər ki, uşaq əməliyyata hazırlanarkən onda əlavə xəstəlik olub və bu barədə həkim anestezioloq məlumatlandırılıb.

Şahidlər isə ibtidai istintaqa belə ifadə vermədiklərini, ifadələrinin dəyişdirildiyini deyiblər.