OPEK+ sazişi uzadıla bilər?


Digərləri 25 Okt 2017 14:40:00 256 0

OPEK+ sazişi uzadıla bilər?

BP şirkəti OPEK+ sazişinin uzadılması ehtimalını yüksək qiymətləndirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda BP-nin 2017-ci il üçün enerji üzrə statistik təhlili və 2035-ci ilədək proqnozlarının təqdimatında şirkətin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov deyib.

Onun sözlərinə görə, bu saziş müəyyən qədər dəyişdirilməlidir: "İlk növbədə, kvotalama rejiminə Nigeriya və Liviyanı daxil etmək lazımdır. İkincisi isə, kvotalama rejiminin effektivliyini hasilata nəzarət hesabına yox, ixraca daha çox nəzarət hesabına artırmaq lazımdır".