Neftdən asılılıq bitməyib


Digərləri 25 Okt 2017 14:43:00 299 0

Neftdən asılılıq bitməyib

Azərbaycanın neftdən asılılığı hələ bitməyib. Bu tendesniya hələ gələn il üçün də əhəmiyyətini qoruyub saxlayacaq.

Son.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, bunun üçün 2018-ci il dövlət büdcəsinə Neft Fondundan (ARDNF) daxilolmaların həcminə diqqət yetirmək kifayətdir: "Belə ki, növbəti il ARDNF-dən büdcəyə 9,216 milyard manat transfert nəzərdə tutulub ki, 2017-ci ildə bu rəqəm 7,5 milyard manat və ya 1,716 milyard manat az təşkil edirdi. Halbuki, Neft Fondundan büdcəyə transfertin getdikcə azaldılacağı nəzərdə tutulurdu".