"Diz çökərək üzr istəyirik, yardım etməyə hazırıq"


Digərləri 25 Okt 2017 14:23:52 353 0

"Diz çökərək üzr istəyirik, yardım etməyə hazırıq"

"Qəzada həlak olanların və yaralananların ailələrindən diz çökərək üzr istəyirik. Qızımızın idarə etdiyi avtomobili Volkswagen vurub və bunun nəticəsində Yelenanın avtombili çevrilib, insanların ölümünə səbəb olub. Bu işlə bağlı məhkəmənin ədalətli qərarını qəbul etməyə hazırıq. Həlak olanların və yaralananların ailələrinə yardım etmək üçün pul toplayırıq".

Son.az UNİAN-a istinadən bildirir ki, Ukraynanın Xarkov şəhərində qəza törədən, 5 nəfərin ölümünə, 6 nəfərin yaralanmasına səbəb olan 20 yaşlı Yelena Zaytsevanın ailəsinin yaydığı açıqlamada belə deyilir.

Y.Zaytsevanın atası, milyonçu iş adamı Vasili Zaytsevin dediyinə görə, Lexus markalı avtomobilin sükanı arxasında olmuş qızı indiyədək heç bir qanun pozuntusuna yol verməyib.

"Ailəmizdə böyük faciədir. Arvadım Tatyana sürəkli ağlayır. Yelena isə artıq iki ildi ki, maşın sürürdü və heç bir qayda pozuntusu da yoxdu. Sükan arxasında spirtli içki və ya narkotik maddə qəbul etmiş vəziyyətdə olmayıb. Rəfiqəsi də yanında oturmuşdu. O maşın mənimdir. 5 il əvvəl kreditə almışdım, kredit də tam ödənib. Yelena artıq bir həftədir ki, yemək yemir. Onunla görüşməyə qoymayıblar. Yelenanı dərhal istintaq təcridxanasına salıblar", - 61 yaşlı V.Zaytsev deyib.

Ukraynanın Ali Radasının üzvü, deputat Anton Geraşenko isə bildirib ki, Yelena Zaytseva qəzaya qədər yol-hərəkət qaydalarını kobud şəkildə pozduğuna görə 8 dəfə cərimələnibmiş.

Xarkov şəhərinin Kiyev rayon məhkəməsinin qərarı ilə Y.Zaytseva istintaq təcridxanasına salınıb. Onunla bir kamerada 9 qadın da var.

Yelena Zaytseva 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. Onun atası pullarını hesabına qızını həbsxanadan çıxarmağa çalışır. O, ilkin tədbir qismində qəzada həlak olanların və yaralananların ailələərinə toplam olaraq 1,8 milyon dollar məbləğində təzminat ödəmək niyyətindədir.

Zərərçəkənlərin ailə üzvləri məhkəmədə bağışlama iddiası ilə çıxış etsələr, Y.Zaytseva həbsdən qurtula bilər.

O da bəlli olub ki, qəza anı Yelena Zaytseva mobil telefon vasitəsilə Vontakte-də yazışıb.