Belarusda "Regnum"un 3 müəllifi milli ədavətin qızışdırılmasına görə mühakimə olunacaq


Dünya 25 Okt 2017 14:14:25 275 0

Belarusda "Regnum"un 3 müəllifi milli ədavətin qızışdırılmasına görə mühakimə olunacaq

"Regnum" agentliyi ilə əməkdaşlıq edən üç nəfər Belarus vətəndaşı irqi, milli və dini ədavəti qızışdırmaqda ittham olunurlar

Belarusda "Regnum" İnformasiya Agentliyinin üç müəllifi barəsində cinayət işinin istintaqı başa çatıb, iş məhkəməyə göndərilib.

"Report"un TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviç bildirib.

"Cinayət işi məhkəməyə göndərilməsi üçün prokurora verilib. Səhv etmirəmsə, prokuror cinayət işini baxmaq üçün Minsk şəhər məhkəməsinə göndərib", - sədr əlavə edib.

O xatırladıb ki, Rusiyanın bir sıra informasiya resursları, o cümlədən, "Regnum" agentliyi ilə əməkdaşlıq edən üç nəfər Belarus vətəndaşı irqi, milli və dini ədavəti qızışdırmaqda ittham olunurlar. Onlardan ikisi həmçinin qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Onun sözlərinə görə, "Regnum" İA-nin baş redaktoru barəsində iş ayrıca icraata götürülüb.