Gürcüstan vətəndaşlarının Avropa İttifaqına səfər qaydaları sərtləşdirilir


Dünya 25 Okt 2017 13:52:22 270 0

Gürcüstan vətəndaşlarının Avropa İttifaqına səfər qaydaları sərtləşdirilir

Mütəxəssislər bunu vizanın başqa forması da adlandırırlar

“Gürcüstan vətəndaşları Avropa İttifaqına vizasız səfər etməsi üçün ilkin avtorizasiyadan keçməlidir”.

“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkə xarici işlər nazirinin müavini Vaxtanq Maxarobluişvili jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Avropa parlamentinin vətəndaşların azadlığı, məhkəmə və daxili iş məsələləri üzrə komitəsi bu təşəbbüsü dəsətəkləyir.

Avtorizasiya (elektron sənəd, yaxud özünü təqdim edən şəxsin səlahiyyətlərinin və ya müəllifliyinin təsdiqlənməsi) üçün vətəndaş xüsusi elektron ərizə formasını doldurulmalıdr. Viza xidmətinə görə konsulluğa 10 avro ödənilməlidir.

Mütəxəssislər bunu vizanın başqa forması da adlandırırlar. 

Qeyd edək ki, Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ölkələrinə vizasız rejim cari il martın 28-dən etibarən tətbiq edilir.