Boksçu məşq zamanı öldü


Dünya 25 Okt 2017 13:36:00 253 0

Boksçu məşq zamanı öldü

Fillipinli boksçu Ceffri Klaro məşq zamanı huşunu itirərək dünyasını dəyişib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Mandaluyonq şəhərində baş verib.

20 yaşlı idmançı məşqdə sınaqçı rəqibi ilə döyüş zamanı qəfildən yerə yıxılıb. Onu dərhal yerli xəstəxanaya çatdırsalar da, neyrocərrah köməyi lazım gəlib. Lakin Klaro komaya düşüb və daha sonra vəfat edib.

Bildirilir ki, noyabrın 19-da nəzərdə tutulan döyüş üçün çəkilən tomoqrafiya zamanı boksçunun beynində heç bir zədə aşkarlanmayıb. Hadisədən sonra isə onun beynində iki xəsarət qeydə alınıb.