Gömrük rüsumlarının üçpilləli tarif sisteminə keçidi nəzərdə tutulur


Digərləri 25 Okt 2017 13:28:42 274 0

Gömrük rüsumlarının üçpilləli tarif sisteminə keçidi nəzərdə tutulur

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Nazirlər Kabinetinə ölkəyə idxal edilən xammal və məhsullara tətbiq olunan rüsum faiz dərəcələrinin dəyişməsini nəzərdə tutan üçpilləli tarif sisteminə keçidlə bağlı təklif irəli sürüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə DGK-nin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bu dəyişikliklərin qüvvəyə minməsi hökumətin qərarından asılıdır: "Artıq bir sıra nazirliklər bu təklifə müsbət reaksiya göstərib".