ABŞ-da universitet ərazisinə silahlı hücum olub, iki nəfər öldürülüb


Dünya 25 Okt 2017 12:52:44 262 0

ABŞ-da universitet ərazisinə silahlı hücum olub, iki nəfər öldürülüb

Basqınçılar atəş açdıqdan sonra hadisə yerindən qaçıblar

ABŞ-ın Luiziana ştatında yerləşən Qremblinq şəhərindəki dövlət universitetinin ərazisinə silahlı basqın nəticəsində 2 nəfər öldürülüb.

“Report” “Associated press”ə istinadən xəbər verir ki, bunu yerli Polis İdarəsinin sözçüsü Stiven Uliyems bildirib.

Hadisə universitetin ərazsində düşən mübahisə nəticəsində baş verib. 

S.Uliyemsin sözlərinə görə, basqınçılar atəş açdıqdan sonra hadisə yerindən qaçıblar. Onların tutulması üçün əməliyyat keçirilir. 

Hadisə ilə bağlı araşdıma aparılır.