Qızını zəhərləyib öldürən qadının məhkəməsində şahid ifadə verib: "O, həmişə qızını döyürdü"


Sosial 25 Okt 2017 12:56:07 295 0

Qızını zəhərləyib öldürən qadının məhkəməsində şahid ifadə verib: "O, həmişə qızını döyürdü"

"Hətta qızını internata vermək fikri var idi"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə iclası davam etdirilib.

"Report"un məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Vahid Babayev ifadə verib.

O, təqsirləndirilən şəxslə qohum olduğunu deyib. V.Babayev bildirib ki, mərhumun atası Bəxtiyar Ömərov ona zəng edərək belə bir hadisənin olduğuğunu söyləyib.

Şahid qeyd edib ki, təqsirləndirilən şəxs qızını həmişə döyüb: "Hətta qızını internata vermək fikri var idi".

Təqsirləndirilən qadın isə şahidin yalan danışdığını iddia edib.

Məhkəmənin növbəti iclası noyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, bu il iyunun 14-də Qusar rayonunun Hil kəndindən 5 yaşlı Luiza Saypullayeva ölmüş vəziyyətdə xəstəxanaya gətirilib. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən aparılan araşdırmalarla uşağın anası G.Saypullayeva tərəfindən südünə zəhər qatılmaqla qəsdən öldürülməsi müəyyən edilib.

G.Saypullayeva şübhəli şəxs qismində tutulub.