"Yeni hökumətin qarşısına ölkəni dünyanın ən yaxşısı etmək tapşırığı qoyulub"


Dünya 25 Okt 2017 12:50:00 264 0

"Yeni hökumətin qarşısına ölkəni dünyanın ən yaxşısı etmək tapşırığı qoyulub"

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın hakimi əlahəzrət şeyx Mohammad Bin Raşid Al Maktum hökumətin yeni kabinetinin tərkibini açıqlayıb. Kabinet BƏƏ-ni dünyanın süni intellekt və digər qabaqcıl texnologiyalar üzrə ən yaxşı hazırllıqlı ölkə etmək tapşırığı alıb.

Şeyx Mohammad deyib: "Yeni hökumət BƏƏ-ni hədəfi biliyi, elmi və tədqiqatı təşviq etmək, həmçinin gəncləri millətin idarə edilməsinə cəlb etmək olan çiçəkli yüzilliyə sürətlə aparacaq".

Qeyd edək ki, BƏƏ-nin tarixində 13-cü olan yeni hökumətdə bəzi yeni təyinatlar da var. Belə ki, 27 yaşlı cənab Omar Bin Sultan Al Olama Süni intellekt üzrə dövlət naziri, 30 yaşlı xanım Sara Al Amiri Qabaqcıl elmlər üzrə dövlət naziri, xanım Mariam Al Muhairi isə Gələcək Qida Təhlükəsizliyi üzrə dövlət naziri təyin olunub.

Yeni kabinet ümumilikdə 31 nazirdən ibarətdir. Onlardan 9-u xanım nazirdir. Bu isə Kabinetdə qadın təmsilçiliyinin 29 faiz artması deməkdir.

Xatırladaq ki, BƏƏ-ni dünyanın ən yaxşı ölkəsi etmək məsqədilə bu ilin mart ayında Yüzillik Plan hazırlanıb. İlkin İzzət Son.az

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində