Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq? (ÖZƏL)


Digərləri 25 Okt 2017 12:34:08 294 0

Azərbaycanın ikinci peyki nə vaxt hazır olacaq? (ÖZƏL)

Azərbaycanın "Azerspace-2/Intelsat-38" ikinci geostasionar peykinin tikintisi üzrə işlər 90 faiz yekunlaşıb.

Bakı. Hüseyn Vəliyev - Azərbaycanın "Azerspace-2/Intelsat-38" ikinci geostasionar peykinin tikintisi üzrə işlər 90 faiz yekunlaşıb. Bu barədə Trend-ə Azərbaycanın peyk rabitəsi bazarındakı mənbə bildirib. Tikinti işlərinin 2018-ci ilin yanvarında başa çatdırılması planlaşdırılır. Peykin gələn ilin birinci yarısında buraxılması nəzərdə tutulur. Peykin orbitə çıxarılması ilə Fransanın "Arianespace" şirkəti məşğul olacaq. Bundan əvvəl "Azerspace/Africasat-1a" ilk peykinin buraxılışını da həmin şirkət həyata keçirmişdi. "Azerspace-2/Intelsat-38" geostasionar orbitdə 45 dərəcə şərq uzunluğunda yerləşdiriləcək. Onun xidmət zonasına Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxil olacaq. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin