Gənclər siyasəti ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclası yaxın günlərdə keçiriləcək


Sosial 25 Okt 2017 12:14:27 241 0

Gənclər siyasəti ilə bağlı Əlaqələndirmə Şurasının ilk iclası yaxın günlərdə keçiriləcək

İntiqam Babayev: "Proqramda qeyd olunan məsələlərin icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib"

"Yaxın günlərdə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın icrası ilə bağlı yeni Əlaqələndirmə Şurasının ilk iclası keçiriləcək".

“Report” xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev dövlət proqramının icrasıilə bağlı keçirilən müşavirədə deyib.

O qeyd edib ki, proqram çərçivəsində hər tədbirin maraqlı keçirilməsi üçün zəruri addımlar atılacaq: "Proqramda qeyd olunan məsələlərin icrasının təmin edilməsi üçün müvafiq tapşırıqlar verilib".

Nazir müavini əlavə edib ki, builki 11 fəsil və 24 bəndlik proqramda gənclərlə bağlı yeni istiqamətlər ayrıca fəsil olaraq müəyyənləşdirib: "Belə ki, sənəddə gənclər arasında insan hüquqlarının, gender bərabərliyinin təmin olunması kimi məsələlər və s. öz əksini tapıb".