“Maşın" şoudan çıxan iştirakçıya "Bentley" hədiyyə olundu?


Şou-biznes 25 Okt 2017 12:15:36 348 0

“Maşın" şoudan çıxan iştirakçıya "Bentley" hədiyyə olundu?

"Maşın şou"nun iştirakçısı olmuş aktyor İlkin Misgərlinin yenicag.az-a zarafatla söylədiyi "bir gözüm telefondadı: elə bilirəm ki, kimsə zəng edib, mənə avtomobil hədiyyə edəcək" çağırışı özünü cox gözlətməyib. Ona bahalı avtomobil hədiyyə olunub.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən İ.Misgərli xəbəri təsdiqləyib. Dediyinə görə, bu barədə daha ətraflı axşam saatlarında "Maşın şou"nun efirində danışacaq:

"Amma kimin bağışladığını deməyəcəm. Düzdür, mən maşın sürə bilmirəm, lakin tezliklə öyrənəcəm. O maşın məni çox uzaqlara aparacaq".

Əldə etdiyimiz məlumata görə, aktyora avtomobili "Bozbaş pictures" komandasına yaxın olan iş adamlarından biri bağışlayıb. O ki qaldı maşının markasına... Aktyor yarızarafat-yarıciddi ona bağışlanan maşının "Bentley" olduğunu dedi.