Nazir müavini: Azərbaycan gəncliyi üzrə Dövlət Proqramları uğurla icra edilib


Digərləri 25 Okt 2017 12:17:00 245 0

Nazir müavini: Azərbaycan gəncliyi üzrə Dövlət Proqramları uğurla icra edilib

Azərbaycan gəncliyi üzrə indiyə qədər qəbul olunan Dövlət Proqramları uğurla icra edilib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycan gəncliyi üzrə indiyə qədər qəbul olunan Dövlət Proqramları uğurla icra edilib. Trend-in məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev Prezident İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın icrası ilə bağlı müzakirələrdə çıxışı zamanı deyib. Nazir müavini qeyd edib ki, indiyə qədər gənclər siyasətinə dair bir çox sənədlər, o cümlədən 3 Dövlət Proqramı qəbul olunub. İ.Babayev qeyd edib ki, ötən Dövlət Proqramının çevikliyini, şəffaflığını təmin etmək üçün müvafiq təşkilatların iştirak ilə Əlaqələndirmə Şurası yaradılmışdı: "Yeni Dövlət Proqramı üzrə də Əlaqələndirmə Şurası fəaliyyət göstərəcək. Yaxın zamanlarda şuranın ilk iclası keçiriləcək. Bundan başqa, Dövlət Proqramının veb səhifəsi fəaliyyətə başlayacaq". İ.Babayev deyib ki, Dövlət Proqramı 11 fəsil və 24 bənddən ibarətdir: "Proqramda gənclərlə bağlı yeni istiqamətlər ayrıca fəsil olaraq müəyyənləşdirilib. Belə ki, gənclər arasında insan hüquqları, gender bərabərliyi məsələləri və s. öz əksini tapıb". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin