"Kapital Bank" güzəştli kredit kampaniyası keçirir


İqtisadiyyat 25 Okt 2017 12:09:08 299 0

"Kapital Bank" güzəştli kredit kampaniyası keçirir

​Təhsil işçiləri “Kapital Bank”dan 8 min manatadək zaminsiz kredit ala bilər

“Kapital Bank” ASC-nin “Gözəl peşə, özəl təklif” adlı güzəştli kredit kampaniyası keçirir. Kampaniya 30 noyabr tarixinədək davam edəcək.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Aksiya çərçivəsində “Kapital Bank” kartları ilə məvacib alan təhsil işçilərinə illik faiz dərəcəsində 2%-dək endirim edilir, 8 min manatadək məbləğdə kreditlər isə zaminsiz verilir.

Kreditin 300-20 000 manat məbləğində, 3-48 ay müddətinə rəsmiləşdirilə bilər. Kredit rəsmiləşdirilməsi üçün əmək haqqı kartı və şəxsiyyəti təsdiq edən sənəd tələb olunur.

Bundan başqa, eyni layihə çərçivəsində "Kapital Bank" kartları ilə məvacib alan təhsil işciləri üçün nəzərdə tutulan “Payız fürsəti” lotereyası da davam edir. Şərtlərə görə noyabrın 30-dək "Kapital Bank"ın bankomatlarında mobil nömrələrini qeydiyyatdan keçirən təhsil işçiləri, avtomatik olaraq lotereyanın iştirakçısına çevriləcəklər.

Noyabrın 2-si və dekabrın 4-də keçiriləcək tiraj zamanı ümumilikdə 500-dən artıq müxtəlif pul mükafatları sahiblərini tapacaq. Lotereyanın sonuncu tirajında isə 1 təhsil işçisi 3 000 manat əldə edəcək.