Braziliyada Türk və Latın Amerikası mədəniyyəti bir arada FOTO


Dünya 25 Okt 2017 11:46:00 371 0

Braziliyada Türk və Latın Amerikası mədəniyyəti bir arada  FOTO

Braziliyada Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY-un dəstəyi, Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı səfirliklərinin, Braziliya Federativ Respublikasının Milli Konqresinin Federal Senatının təşkilatçılığı ilə "Türk və Latın Amerikası mədəniyyəti, tarixi və ənənələrinə kontinental, regional, elmi yanaşma" mövzusunda konfrans keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan son.az-a verilən məlumata görə, tədbirdə öncə Türkiyənin Braziliyakı səfiri Əli Qaya Savut, Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov, Qazaxıstanın Braziliya üzrə səfiri Kairat Sarzhanovun məruzələri dinlənilib. 

Daha sonra senator Kristomas Rikardo Kavalkanti Buark çıxış edərək qeyd edib ki, qədim türk mədəniyyəti müasir cəmiyyətin formalaşmasında əvəzsiz rol oynayıb.

Konfransda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva mədəniyyətlərarası və qitələrarası dialoqda rəhbərlik etdiyi Fondun rolundan danışıb, Latın Amerikası və türk mədəniyyətləri arasında qarşılıqlı əməkdaşlıqdan söz açıb. Bildirib ki, qədim köklərə mənsub olan türk xalqlarının ən böyük xəzinəsi zəngin ortaq keçmişi, tarixi, mədəniyyəti, adət-ənənəsidir. Bu xəzinənin qorunması və dünyaya tanıdılması Fondun qarşısında dayanan əsas prioritetlərdəndir.


Xəbərə aid fotolar