Vəkil: “Hazırda “Lotu Quli” Gürcüstandadır”


Sosial 25 Okt 2017 11:31:56 438 0

Vəkil: “Hazırda “Lotu Quli” Gürcüstandadır”

“Onun səhhətində problemlər var”

Vəkil Təranə Əliyeva “Lotu Quli” kimi tanınan Nadir Səlifovun azadlığa çıxması ilə bağlı məlumatlara münasibət bildirib.

“Report”un xəbərinə görə, o bildirib ki, N.Səlifov Qaradağ Rayon Məhkəməsinin qərarı ilə ötən gün azadlığa çıxıb.

Vəkil qeyd edib ki, "Lotu Quli" hazırda Gürcüstandadır: "Onun səhhətində problemlər var".

O deyib ki, "Lotu Quli"nin vaxtından əvvəl azadlığa çıxması üçün məhkəməyə vəsatət veriblər: "Məhkəmə vəsatətimizi təmin edib və Nadir Səlifov cəzasının dörddə üçünü çəkdiyi üçün azadlığa buraxılması barədə qərar çıxarıb".