Qazaxıstan prezidenti oktyabrda Azərbaycana səfərə gələcək


Siyasət 25 Okt 2017 11:21:31 304 0

Qazaxıstan prezidenti oktyabrda Azərbaycana səfərə gələcək

Nursultan Nazarbayevin Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcəyi gözlənilir

Bakı. 25 oktyabr. REPORT.AZ / Qazaxıstan Prezidenti Nursultan Nazarbayev oktyabrın sonunda Azərbaycana səfər etməyi planlaşdırır.

"Report"un diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, N.Nazarbayev oktyabrın 30-də Bakıda keçiriləcək Bakı-Tbilisi-Qars dəmir yolunun təntənəli açılış mərasimində iştirak edəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolu şəbəkələrini birləşdirəcək nəqliyyat dəhlizidir.

Əvvəllər xəbər verildiyi kimi, açılışda həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili da iştirak edəcək.