Rusiyada ev yandı:


Dünya 25 Okt 2017 11:24:00 290 0

Rusiyada ev yandı:

Rusiyanın Sverdlovsk vilayətində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, Sverdlovsk vilayətində yaşayış evlərindən birində baş verən yanğın nəticəsində 5 nəfər ölüb. Ölənlərin kimliyi müəyyənləşdirilib. Onlar 1986-cı il təvəllüdlü qadın, onun 2005 və 2006-cı il təvəllüdlü qızları, 1932 və 1970-ci il təvəllüdlü qonşuları olub.   İlkin ehtimala görə, yanğın əvvəlcə eyvanda başlayıb, sonra bütün evi əhatə edib.   Hazırda faktla bağlı araşdırma aparılır.