2017/2018-ci tədris ili üçün buraxılış imtahanlarının təqvim planı təsdiqlənib


Sosial 25 Okt 2017 11:13:19 388 0

2017/2018-ci tədris ili üçün buraxılış imtahanlarının təqvim planı təsdiqlənib

Təqvim planı Məleykə Abbaszadə tərəfindən təsdiq edilib

2017/2018-ci tədris ilində keçiriləcək buraxılış imtahanları və attestasiya ilə əlaqədar yeni təqvim planı təsdiq edilib.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Belə ki, “Dövlət İmtahan Mərkəzinin 2017/2018-ci tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar rayon (şəhər) təhsil şöbələri (təhsil idarələri) və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı” Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən təsdiq edilib.

Təhsil şöbələri ( təhsil idarələri) və ümumtəhsil müəssisələrindən bu tədris ilində görüləcək işlərin təqvim planında göstərilmiş tarixlər üzrə yerinə yetirilməsini və şagirdlərə aid məlumatların təqvim planında göstərilən tarixlərdə “Şagird-məzun” sisteminə daxil edilməsini təmin etmələri tapşırılıb.