Sevdadan canlı yayımda elə bir şey istədi ki...


Digərləri 25 Okt 2017 11:19:00 320 0

Sevdadan canlı yayımda elə bir şey istədi ki...

"5/5"-in qonağı olan gənc müğənni Sevda Yahyayeva Zaur Kamalın gözlənilməz hərəkəti ilə üz-üzə qalıb.

Son.az xəbər verir ki, Zaur qonağı olan müğənni xanıma "Bu gün, Sevda, hədəfim sənsən. Gözəlliyinizə arxayınsınız?" sualı ilə müraciət edib. Sevda cavabında  "Vallah mən həyatda heç nəyə arxayın deyiləm" deyib.

Zaur qəfil müğənninin yanında əlində nəm salfet "Üzünüzdə nə qədər makiyaj varsa, hamısını siləcəksən" sözləri ilə təkid edib. "Nolar, xahiş edirəm, verilişin axırına yaxın silərəm", - deyən müğənninin xahişi Zauru razı salıb.

Lakin verilişin bitməyinə təxminən 40 dəqiqədən çox vaxt qalsa da Zaur yenidən Sevdadan makiyajını silməyini istəyib. 


Xəbərə aid fotolar