600 min hektar ərazi tədqiq edildi FOTO


Digərləri 25 Okt 2017 10:52:00 252 0

600 min hektar ərazi tədqiq edildi  FOTO

600 min hektar ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işləri yerinə yetirilib. İlin sonuna kimi isə 750 min hektara yaxın ərazidə irimiqyaslı çöl torpaq tədqiqatı işlərinin aparılması nəzərdə tutulub. Bundan başqa 200 min hektar ərazidə çöl geobotaniki tədqiqat işləri yekunlaşıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə olaraq Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Bildirilir ki, fermerlər mobil laboratoriyalar vasitəsilə yaxşı məhsul əldə edə bilərlər - bu il 6 rayonun fermerlərinə xidmət göstərilib.

Mobil laboratoriyalar vasitəsilə cari il ərzində paytaxtın Xəzər rayonunda, Salyan, Saatlı, Zaqatala, Ağsu, Oğuz bölgələrində - ümumilikdə 5 min hektardan çox ərazidə tədqiqat işləri aparılıb, həmin ərazilərin torpaq və bonitirovka xəritələri tərtib edilərək şifarişçilərə təhvil verilib.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə regionlarda mobil laboratoriyalarla yanaşı, Bakıda stasionar laboratoriyalar da fəaliyyət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir.


Xəbərə aid fotolar