"Ermənistanın əks səylərinə baxmayaraq, Pakistan Azərbaycanı dəstəkləyəcək"


Siyasət 25 Okt 2017 10:47:00 312 0

"Ermənistanın əks səylərinə baxmayaraq, Pakistan Azərbaycanı dəstəkləyəcək"

Ermənistanın əks səylərinə baxmayaraq, Pakistan Azərbaycanı dəstəkləməyə davam edəcək.

Son.az xəbər verir ki, Azərbaycanın Pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, bunu Pakistanın Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadə ilə görüşdə deyib.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevnin Pakistanla əlaqələrə xüsusi diqqət verdiyini bildirən səfir Ə.Əlizadə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin də önəmli rolunun olduğunu qeyd edib, Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyinin Pakistan Milli Assambleyası tərəfindən dəstəklənməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Qarşılıqlı həyata keçirilmiş və keçiriləcək yeni layihələr, əməkdaşlıq imkanları haqqında məlumat verən səfir, parlamentlərarası əlaqələrin daha da inkişafı istiqamətində hər iki ölkənin parlament rəhbərlərinin və dostluq qruplarının səylərinin zəruri olduğunu, Pakistan Milli Assambleyası ilə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

S.A.Sadiq Azərbaycanın Pakistan üçün ən yaxın və qardaş ölkə olduğunu diqqətə çatdırıb, Azərbaycanla əlaqələrin inkişafında Pakistanın da maraqlı olduğunu bildirib. Pakistanın Ermənistanı bir ölkə olaraq tanımadığını qeyd edən S.A.Sadiq Ermənistanın əks səylərinə baxmayaraq, Pakistanın Azərbaycanı dəstəkləməyə davam edəcəyini vurğulayıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində