Kamran Əliyev: Azərbaycanda korrupsiyaya qarşı möhkəm siyasi iradə var


Digərləri 25 Okt 2017 10:44:00 235 0

Kamran Əliyev: Azərbaycanda korrupsiyaya qarşı möhkəm siyasi iradə var

Bakıda hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilib.

Bakı. Elçin Mehdiyev – Bakıda hüquq-mühafizə orqanları şəbəkəsinin 8-ci görüşü keçirilib. Trend-in məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) təşkilatçılığı ilə keçirilən görüş çərçivəsində “Korrupsiya cinayətlərinin istintaqı və cinayət tətbiqi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda konfrans keçirilib. Tədbiri giriş sözü ilə açan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı möhkəm siyasi iradə var. Bunun nəticəsidir ki, Azərbaycan İƏİT Antikorrupsiya şəbəkəsinə qoşulub və bu şəbəkədə fəal iştirak edir". K.Əliyevin sözlərinə görə, İƏİT Antikorrupsiya şəbəkəsi ekspertləri tərəfindən Azərbaycanda antikorrupsiya qanunvericiliyi və onun tətbiqi öyrənilib, müvafiq tövsiyələr verilib: "Azərbaycan bu şəbəkə tərəfindən 3 dəyərləndirmə mərhələsini uğurla keçib və hazırda 4-cü dəyərləndirmə həyata keçirilir. Azərbaycan hökumətinə verilmiş tövsiyələrin icrası istiqamətində müvafiq işlər görülür". Baş İdarə rəisi onu da bildirib ki, Azərbaycan ekspertləri də digər ölkələrin antikorrupsiya qanunvericiliyinin qiymətləndirilməsində iştirak edir: "Bu günə qədər artıq 6 ölkənin dəyərləndirliməsində Azərbaycan ekspertləri iştirak ediblər". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin