Kürd administrasiyası referendumun nəticəsini ləğv etməyə hazırdır


Dünya 25 Okt 2017 10:38:00 375 0

Kürd administrasiyası referendumun nəticəsini ləğv etməyə hazırdır

İraqın kürd administrasiyası sentyabrın 25-də keçirilən müstəqillik haqqında qanunsuz referendumun nəticəsini ləğv etməyə hazırdır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu muxtariyyətin rəhbəri Məsud Bərzani bəyan edib.

Bu qərarın İraqın mərkəzi hakimiyyəti ilə dinc danışıqlara başlamaq məqsədilə qəbul edildiyi bildirilir.