Şirkət Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib


Sosial 25 Okt 2017 10:05:48 308 0

Şirkət Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib

Növbəti məhkəmə iclası dekabrın 19-na təyin edilib

"Enerjiquraşdırma-F" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Yasamal Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qeyri-yaşayış sahəsi üzrə tələb irəli sürüb.

Hazırda məhkəmədə MMC-nin iddiasına baxılır. Növbəti məhkəmə iclası dekabrın 19-na təyin edilib.