Proqnozlar Bürosu: Sabah havanın temperaturu 4 dərəcəyədək yüksələcək


Sosial 25 Okt 2017 10:07:00 255 0

Proqnozlar Bürosu: Sabah havanın temperaturu 4 dərəcəyədək yüksələcək

Gülşad Məmmədova: "Sabah axşam və oktyabrın 27-də bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimal olunur"

"Oktyabrın 26-da ölkə ərazisində havanın temperaturu 2-4 dərəcəyədək yüksələcək".

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, sabah havanın temperaturu Bakı və Abşeron yarımadasında 20-24, bölgələrdə 21-26, dağlıq ərazilərdə isə 12-18 dərəcə isti təşkil edəcək: "Sabah gün ərzində Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq".

G.Məmmədova qeyd edib ki, oktyabrın 26 axşam və 27-də bəzi yerlərdə qısa müddətli yağış yağacağı ehtimal olunur.