Azərbaycan nefti bahalaşıb


Dünya 25 Okt 2017 09:53:00 241 0

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,27 dollar və yaxud 0,46% artıb.

Son.az report-a istinadən xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 58,57 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.