ABB-dən “Aqrarkredit”ə ötürülmüş ayaqqabı fabrikinə 11,5 mln. manat qiymət qoyulub


İqtisadiyyat 25 Okt 2017 09:39:03 255 0

ABB-dən “Aqrarkredit”ə ötürülmüş ayaqqabı fabrikinə 11,5 mln. manat qiymət qoyulub

Vergilər Nazirliyi “Bakı Ayaqqabı” MMC-nin dövlət qeydiyyatına alıb

Vergilər Nazirliyi “Bakı Ayaqqabı” MMC-ni dövlət qeydiyyatına alıb.

Son.az “report”-a istinadən xəbər verir ki, şirkətin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, ev 53, nizamnamə kapitalı 11,5 mln. manat, qanuni təmsilçisi isə Həsənəli Şahverdiyevdir.

Onun fəaliyyətinə Bəhruz Camalov, Malik Nəsirov və Cahangir Kərimovun daxil olduğu Müşahidə Şurası nəzarət edir.

Şirkətin yaradılmasında məqsəd “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə (ABB) borc müqabilində girov qoyulmuş və ayaqqabı istehsalı ilə məşğul olan “BOT” əmlak kompleksini idarə etməkdir. Müəssisə hazırda ABB-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) balansındadır.