Qalmaqallı “Matilda” filmi Park Cinemanın Lazer zalında nümayiş olundu


Digərləri 25 Okt 2017 09:16:00 406 0

Qalmaqallı “Matilda” filmi Park Cinemanın Lazer zalında nümayiş olundu

"Sevgi, yoxsa Səhnə?"

23 oktyabr tarixində Park Bulvar ticarət mərkəzində yerləşən Park Cinema kinoteatrının Lazer zalında Aleksey Uçitelin böyük marağa səbəb olmuş "Matilda" filminin media nümayişi baş tutmuşdur. Tədbirdə Opera və Balet tearından qonaqlar, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin media xidməti, tanınmış kinorejissorlar, bloggerlər, müğənnilər, digər tanınmış simalar və mədəniyyət xadimləri iştirak etmişlər. Tədbir Park Bulavr ticarət mərkəzi və Zeytun restoranının dəstəyi ilə həyata keçirildi.

Bu, xeyirxah şəhzadə və gözəl balerinadan, onların ehtiraslı məhəbbəti və bu məhəbbəti sındıran ictimai təbəqə maneələrindən, vətənə olan borcun iki gənc üçün təbii olan ehtrası məğlub etməsindən bəhs edən bir nağıldır. Adətən bu cür filmləri izləyərkən tamaşaçılar göz yaşlarına qərq olur: hər iki qəhrəmanı sevir, onların puç olmuş sevgilərinə üzülür, lakin öz borclarına olan sadiqliklərinə də rəğbət bəsləyirlər - "Roma tətilləri" filminin son səhnəsini xatırlayın, şəhzadə öz sevdiyi ilə baxışları ilə vidalaşaraq öhdəliklərinə qayıdır.

Bu, tarixi həqiqətə iddia etməyən, klassik balet ənənələrini hər zaman qoruyub saxlayan görkəmli balerina, lakin eyni zamanda rus taxtının son vəliəhdi  Nikolaya II aşiq olmuş sıradan bir həssas qız olan Matildanın həyatından bəhs edən gözəl bədii filmdir.

Tarixdən isə yalnız növbəti kinomifə keçmişə aparan reallıq oxşarlığını verəcək faktlar götürülmüşdür: çar qatarının Borki stansiaysındakı qəzasının effektli şəkildə əks olunması, Xodınka faciəsinin təsirli şəkildə musiqi ilə uyğunlaşdırılması, gələcək imperatorun qəlbində qopan fırtınanın kulminasiyası kimi təqdim olunan təntənəli tacqoyma mərasimi. Tarixin də təsdiqlədiyi kimi, bu fırtınadan sonra dövlət qayğıları və ailə səadəti ilə birgə sərt imperiya quruluşuna qayıdışla onun qəlbinə sakitlik çökür, ta ki, final yazıların bizə xatırlatdığı tragik sonluğadək.

Quruluşçu rejissor: Aleksey Uçitel

Prodüsser: Aleksey Uçitel, Aleksandr Dostman

Ssenari müəllif: Аleksandr Terexov