Dünya üçün BÖYÜK TƏHLÜKƏ


Dünya 25 Okt 2017 08:52:00 292 0

Dünya üçün BÖYÜK TƏHLÜKƏ

Qərb ekspertləri bu nəticəyə gəldilər ki, Koreya Xalq Demokratik Respublikasının alimləri nüvə proqramından başqa, bioloji silahın hazırlaması ilə də məşğul olurlar.

Son.az bildirir ki, "Belfer" tədqiqat mərkəzindən məsələyə aydınlıq gətirilib. Onların məlumatına görə, fərarilərin şahidlikləri o haqda danışmağa imkan verir ki, bioloji silahın hazırlanması 1960-cı illərin başlanğıcından aparılır. "Independent" qəzeti yazır ki, məhz belə silahın yaradılması vəbanın, qarın yatalağının və çiçək partlayışlarının səbəbi olur. Bura həm də Kim Çen Inın qardaşı Kim Çen Namanın Kuala-Lumpur aeroportundakı qətli də aiddir. Xatırladaq ki, o zaman əsəb sistemini ölümcül iflic edən VX reagentindən istifadə edilmişdi.

Bu gün praktik olaraq təyin edilib ki, bioloji silah Koreya Xalq Demokratik Respublikasının Xalq ordusu tərəfindən idarə olunan Dövlət tədqiqat mərkəzində istehsal edilir. Bildirilir ki, 7 tədqiqat mərkəzinin məlumatına görə, bioloji silahın istehsalının üç mümkün obyekti haqqında Cənubi Koreya kəşfiyyatına məlum olub. Cənubi Koreyanın müdafiə nazirinin sözlərinə görə, 10 gün ərzində Pxenyan bioloji agentlərin sayını 13-ə qədər artıqmağa qadirdir.