Si Cinpin yenidən Çin Kommunist Partiyasının baş katibi vəzifəsinə seçilib


Dünya 25 Okt 2017 08:33:20 284 0

Si Cinpin yenidən Çin Kommunist Partiyasının baş katibi vəzifəsinə seçilib

Pekində partiyanın 19-cu qurultayı öz işini bitirib

Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin Siyasi Bürosu daimi komitəsinin 7 üzvündən 5-i dəyişilib.

“Report”un RİA “Novosti”-yə istinadən verdiyi xəbərə görə, Çinin sədri Si Cinpin və Dövlət Şurasının baş naziri Li Ketyan öz vəzifələrində qalıb.

Si Cinpin yenidən ÇKP Mərkəzi Komitəsinin baş katib vəzifəsinə seçilib

Qeyd edək ki, onlar ÇKP-nin birinci plenumunun nəticələri əsasında seçilib. Bir gün əvvəl paytaxt Pekində ÇKP-nin 19-cu qurultayı öz işini bitirib. Qurultay zamanı partiyanın Mərkəzi Komitəsinin və ÇKP-də intizamın yoxlanımasına dair Mərkəzi Komissiyasının yeni tərkibi seçilib.