Kataloniya şəhəri İspaniya kralını arzuolunmaz şəxs elan edib


Dünya 25 Okt 2017 07:52:01 298 0

Kataloniya şəhəri İspaniya kralını arzuolunmaz şəxs elan edib

Bu, İspaniyanın Kataloniyanın muxtariyyət statusunu dayandırmaq qərarına cavab olaraq edilib

Kataloniyanın Jirona şəhəri İspaniya kralı VI Filippi arzuolunmaz şəxs elan edib.

"Report" xəbər verir ki, bu barədə yerli "Ara" qəzeti xəbər verib.

Qeyd olunur ki, bu, İspaniya hakimiyyətinin Kataloniyanın muxtariyyət statusunu dayandırmaq qərarına cavab olaraq edilib. Daha əvvəl məlum olub ki, Kataloniya rəhbərliyi muxtariyyət statusunun götürülməsindən şikayət etmək niyyətindədir.

Kataloniya parlamenti oktyabrın 26-da müstəqillik bəyyannaməsi ilə bağlı iclas çağırıb.